16 C
Baku
Sunday, May 26, 2024

Şaquli Qaz Dəhlizinin yaradılmasına dair Memorandum imzalanıb

Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edilməsini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) əməliyyat şirkəti olan ICGB Şaquli Qaz Dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumunda iştirakını yeniləyib.

Bolqarıstanın ICGB AD, “Bulgartransgaz EAD”, “Yunanıstanın DESFA S.A.”, “Gastrade S.A.”, Macarıstanın FGSZ LTD və Rumıniyanın “SNTGN TRANSGAZ S.A.” şirkətlərinin nümayəndələri Yunanıstanın Afina şəhərində Anlaşma Memorandumunun yenilənməsi haqqında saziş imzalayıblar.

Qəbul edilmiş sənəd Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstan qaz şəbəkələrini birləşdirəcək və təbii qazın nəqlinə imkan verəcək Şaquli Qaz Dəhlizinin yaradılması üzrə şirkətlər arasında əməkdaşlığa yönəlib.

 

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər