28 C
Baku
Saturday, July 27, 2024

Şarl Mişel: “Aİ Krımın və Sevastopolun qeyri-qanuni ilhaqını tanımır və tanımayacaq”

“Krım Ukraynadır, Aİ Krımın və Sevastopolun qeyri-qanuni ilhaqını tanımır və tanımayacaq”.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Krım Platformasının ikinci sammitində çıxışında deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı aqressiyası bu ilin fevralında başlamayıb, “bu təcavüz 2014-cü ildə Krımın ilhaqı ilə başlayıb.”

Şarl Mişel deyib ki, müharibə milyonlarla ukraynalının, Ukrayna ailələrinin böyük ağrılarına, itkilərinə səbəb olub:

“Rusiya Krımdan baza kimi istifadə edərək Ukraynanın cənub torpaqlarına hücum edərək işğal edib, Krımdan mülki infrastrukturlara raket zərbələri endirib. Rusiya həm də Krımdan tranzit kimi istifadə edir və minlərlə ukraynalını Krım vastəsilə “filtrasiya kamplarına” göndərir, Ukrayna limanlarını blokadaya alır və biz bunun həm Ukrayna iqtisadiyyatına, həm də qlobal ərzaq təhlükəsizliyinə ciddi təhlüklərininin şahidi olmaqdayıq. Biz həmçinin Zaporojiye AES-in davamlı zərbələrə məruz qalmasından dərin narahatlıq keçiririk.”

Aİ Şurasının Prezidenti əlavə edib ki, Aİ hər zaman Ukraynanı dəstəkləyib: “Biz Rusiyanın təcavüzünü ən sərt şəkildə pisləyirik və bu ölkənin beynəlxalq hüquqa hörmət etməsini tələb edirik”.

Şarl Mişel deyib ki, Aİ Ukraynaya maliyyə dəstəyi, hərbi dəstək verir.

“Biz Ukraynanın parlaq gələcəyinin qurulmasına sadiqik. Aİ Ukraynanın Avropa ailəsinə aid olduğunu bəyan edib. Sizin gələcəyiniz Aİ-dədir. Sizin yanınızdayıq və həmişə yanınızda olacağıq”, Mişel çıxışında vurğulayıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də Platformanın iclasına virtual formatda qoşulub. O bildirib ki, Aİ Krımı heç vaxt tanımayacaq və Krım Ukrayna torpağıdır.

“Aİ ilk gündən bu mövcudluq mübarizəsində Ukraynanın yanıdadır və ehtiyac olduğu müddətdə də sizin yanınızda olmağa davam edəcəyik. Putin sizin, ukraynalıların gələcəyə olan inamınızı məhv etmək istədi, ancaq bacara bilmədi. Biz azad, demokratik Ukraynaya sadiqik”, von der Leyen vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər