26 C
Baku
Saturday, July 27, 2024

Şarm Əl-Şeyx ilə Bakı arasında birbaşa uçuşlar bərpa edilib

Bu gündən Misirin “Air Cairo” Hava Yolları Bakı ilə Şarm Əl-Şeyx arasında həftədə bir dəfə – cümə günü olmaqla, birbaşa uçuşların bərpasına qərar verib.

Bu barədədə Misirin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, Bakı ilə Şarm Əl-Şeyx arasında birbaşa aviareysin bərpası Azərbaycandan Misirin turizm şəhərlərinə turist axınının artırılması üçün mühüm addımdır.

“Bundan başqa son bir neçə ay ərzində iki ölkənin rəsmiləri arasında silsilə görüşlər və qarşılıqlı səfərlər nəticəsində Misir- Azərbaycan əlaqələrinin inkişafı əsl yüksəlişin şahidi olmuşuq. Bu səfərlərdən sonuncusu Misir-Azərbaycan Hökumətlərarası İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasında və iclas çərçivəsində keçirilən Misir – Azərbaycan Biznes Forumunda iştirak edən Misir nümayəndə heyətinin rəhbəri beynəlxalq əməkdaşlıq naziri Rania Əl-Maşatin Bakıya səfəri olub”, – səfirlikdən bildirilib.

Qeyd edilib ki, Şarm Əl-Şeyx təkcə Misirin deyil, həm də dünyanın ən məşhur turizm şəhərlərindən biridir, çünki dünyanın dörd ən yaxşı və ən gözəl şəhərlərindən biri kimi təsnif edilib. Həmçinin Şarm Əl-Şeyx dünyanın 400 şəhər arasında namizədliyi YUNESKO Mükafatını qazanmaq üçün irəli sürülən beş ən yaxşı şəhərin siyahısına daxildir. Şarm Əl-Şeyx Misir turizminin ən məşhur və ən gözəl kurortlarından biri hesab olunur və il boyu möhtəşəm iqlimi və mənzərəli təbiəti ilə seçilir. Şəhərdə, ziyarətçilərin tətil və istirahətlərini keçirməsi üçün lazım olan bütün imkanlar mövcuddur, bundan bağqa dənizdə üzmək, dalğıc və müxtəlif su idman növləri üçün dünyanın ən yaxşı yerlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər