23 C
Baku
Tuesday, April 23, 2024

Satıcıların kələkləri: bizi almağa nə vadar edir?

Klassik iqtisadiyyat elmi bütün insanları rasional və səmərəli olduqlarını hesab edir. Məsələn, əgər biz noutbuk almaq istəsək, bir neçə modelləri müqayisə edib sonda qiymətinə və keyfiyyətinə görə ən yaxşısını alacağıq.

Lakin davranış iqtisadiyyatının təqibçiləri bunun belə olmadığını düşünürlər. Biz emosional, tənbəl və maliyyə sahəsinə az bələd olan varlıqlarıq. Bacarıqlı satıcılar da bizim bu xüsusiyyətlərimizdən məmnunluqla istifadə edirlər. Onların arsenallarında hansı hiylələr var? Biz bu tələlərə düşməmək üçün nə etməliyik?

Bahalı hədiyyə

Havayı yerə qazanılmış hədiyyəni hər kəs sevir. Buna görə satıcılar bizim hədiyyələrə olan zəifliyimizdən istifadə edirlər. Mobil telefon və rabitə salonlarının birində satıcı inandırıcı şəkildə bəyan edir: «Bu turistik SİM-kartının qiyməti iki dəfə bahadır. Lakin hədiyyə olaraq siz mobil telefon alacaqsınız». Və bir çox insan bu «sərfəli» aksiyadan yararlanırlar. Lakin araşdırsanız, ayrı- ayrılıqda mobil telefon və turistik SİM-kart almağın daha ucuz olduğunu görəcəksiniz.

Mütəxəssislər hər zaman müxtəlif təklifləri müxtəlif şirkətlərdə müqayisə etməyimizi məsləhət görürlər. Sizə hədiyyə təklif etdikləri üçün alış- veriş etməyin.

Qeyri-real endirim

Yalnız bir gün! Yalnız sizin üçün! 50% endirim! Xeyr, 70 % endirim! İnandırıcı səslənir, deyilmi? Lakin burada bu təklilərin həqiqəti əks etdirdirdiyini və yaxud sadəcə olaraq bir hiylə olduğunu araşdırmaq lazımdır.

Pullarla vidalaşmamışdan əvvəl üç amili nəzərdən keçirdin. Birinci- siz əmənsiniz ki, bu məhsul sizə həqiqətən də lazımdır? İkinci- indiki qiymət həqiqətənmi öncəki qiymətdən aşağıdır? Üçüncü- siz və yaxud sizin dostlarınız bu məhsuldan istifadə ediblərmi, razı qalıblarmı?

Qiymət tələsi

Peşəkar satıcılar qiymət tələsindən istifadə edərək müştərilərin diqqətini cəlb edirlər. Məsələn, içkilərə olan qiymətlər. Əgər 0, 5 litrin qiyməti 50 qəpikdirsə, 1 litrin qiyməti 60 qəpik, iki litrin qiyməti isə 75 qəpikdir. Biz daha çox su aldığımıza görə bizə endirim etdiklərini düşünmək lazım deyil. Kiçik şüşəyə olan qiymət tələdir. Marketoloqlar qiymət tələsinin bizim diqqətimizi dağıtmağa və səmərəli alış- veriş etdiyimiz təəssüratını yaratmağa xidmət etdiyini iddia edirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər