7 C
Baku
Thursday, December 12, 2024

“Saudi Aramco” 50 mlrd. dollarlıq səhmini satacaq

Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” birjada əlavə 50 milyard dollarlıq səhm yerləşdirəcək.

Banker.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “The Wall Street Journal” yazıb.

Qiymətləndirmələrə görə, bu, “Aramco”nun payının 2.5%-ni təşkil edir. Şirkət gələn ilin sonuna və ya əvvəlinə qədər səhmlərin satışını başa çatdırmağı planlaşdırır. İndi “Aramco” nümayəndələri səhmlərin Ər-Riyadın birjasında yerləşdirilməsi ilə bağlı danışıqlar aparır. Bundan əlavə, yerləşdirmə London və Sinqapurda baş tuta bilər.

Hazırda “Aramco”nun bazar dəyəri 1.3 trilyon dollar təşkil edir və bu, Səudiyyə Ərəbistanının büdcəsinə 80%-ə qədər gəlir gətirir. Nəşrin məlumatına görə, bu payın satışı krallığın neft asılılığından qurtulmağa çalışdığı iqtisadiyyatı şaxələndirmək strategiyasının bir hissəsidir.

“Aramco” – dünyanın ən böyük neft şirkətlərindən biridir. 2019-cu ildə o, dünyada ən irimiqyaslı IPO keçirmişdi və 1.5% səhm yerləşdirmişdi.

Son xəbərlər
Digər xəbərlər