22 C
Baku
Friday, April 19, 2024

“Saudi Aramco” Çilinin yanacaq və sürtkü materialları istehsalçısı “Esmax”ı alıb

“Saudi Aramco” Çilidə yanacaq və sürtkü yağlarının pərakəndə satışı ilə məşğul olan “Esmax Distribucion SpA”nın səhmlərinin hamısını almaq üçün müqavilə bağlayıb.

Sövdələşmədən əvvəl “Esmax” “Southern Cross Group”a məxsus idi. Müqavilənin maliyyə detalları açıqlanmayıb.

“Sövdələşmə “Aramco”nun Cənubi Amerikanın emal sektoruna ilk sərmayəsini təmsil edir, bu bazarın cəlbediciliyini nümayiş etdirir və şirkətin emal dəyər zəncirini gücləndirmək üzrə strateji hədəfini dəstəkləyir”, – deyə “Aramco”dan bildirilib.

Şirkət daha əvvəl qeyd edib ki, sövdələşmə “Aramco” brendinin həm Çilidə, həm də bütün Cənubi Amerikada satışa çıxarılması üçün əsas yaradır.

“Esmax”ın Çilidə yanacaq və sürtkü yağları zavodu, 11 yanacaq terminalı, Çili hava limanlarında 11 əməliyyat terminalı, həmçinin 280-dən çox texniki xidmət stansiyası fəaliyyət göstərir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər