7 C
Baku
Saturday, April 13, 2024

“Saudi Aramco” müəssisələrini sığorta etdirəcək

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti sentyabr ayındakı hücumlardan sonra öz müəssisələrini müharibə və ya terror hücumlarından sığorta etdirmək niyyətindədir.

“Reuters”ə istinadən xəbər verilir ki, bu məqsədlə “Aramco” bir neçə sığorta şirkətilə danışıqlara başlayıb. 

Mənbələrin bildirdiyinə görə, ölkənin şərqində, yəni Yəmən sərhədləri yaxınlığında yerləşən müəssisələrini sığortalatmağı düşünən “Aramco” rəhbərliyi terror hücumu və təxribat sığortasından tutmuş tam sığortayadək müxtəlif variantları, o cümlədən biznesin dayanmasına təzminat variantını da nəzərdən keçirir.

Keçirilən İPO zamanı “Aramco” sentyabr hadisələri nəticəsində maliyyə işlərinə və əməliyyatlarına mühüm təsir olacağını gözləmədiklərini açıqlasa da, mənbə hücumların ilkin dəyərləndirmələrə görə, 2 milyard riala, yəni 533 milyon ABŞ dollarına başa gəldiyini bildirib.

Qeyd edək ki, noyabr ayının əvvəllərində hökumət tərəfindən təsdiqlənən “Saudi Aramco” şirkətinin İPO-suna aralarında “Citigroup”, “Goldman Sachs”, “JPMorgan” olduğu iri beynəlxalq bank və maliyyə təsisatları cəlb edilib. “Bloomberg” “Aramco”nun İPO-sunu əsrin sövdələşməsi olaraq dəyərləndirib.

Xatırladaq ki, bu ilin sentyabr ayında “Saudi Aramco”ya məxsus neftayırma müəssisələri dron hücumuna məruz qalmışdı. Bu hücumların məsuliyyətini qonşu Yəməndə hökumətə qarşı vuruşan Huti islamçı hərəkatı üzərinə götürdü. ABŞ və Yəməndə Huti hərəkatına qarşı hökumətə yardım edən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası bu məsələdə İranı ittiham etmişdi.

                                                                                                                         Report

Son xəbərlər
Digər xəbərlər