1 C
Baku
Sunday, February 25, 2024

“Saudi Aramco”nun IPO-sunun anderrayterləri məlum olub

“Saudi Aramco” dövlət neft şirkətinin səhmlərinin ilkin emissiyasında (IPO) anderrayter qismində iştirak edəcək bankların adı məlum olub.

“Bloomberg” agentliyinə istinadən, bu, ABŞ-ın “Goldman Sachs” və “Citigroup” banklarıdır.

Həmçinin şirkətin IPO-sunda “JPMorgan”, HSBC və “Morgan Stanley”ə yer verilməsi gözlənilir. Səlahiyyətlərin verilməsi prosesinin bu həftə ərzində tamamlanacağı və iştirakçı bankların daha da artacağı gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı “Saudi Aramco”nun IPO-suna 2016-cı ildə qərar verib. Analitiklər 2 trln. dollar dəyərində qiymətləndirilən neft şirkətinin səhmlərinin 5%-nin emissiyasından 100 mlrd. dollar gəlir əldə ediləcəyini proqnozlaşdırırlar. IPO-nun 2018-ci ildə həyata keçirilməsi gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər