“Brent” markalı neftin bir barelinin qiyməti (koronavirus təsirləri səbəbindən aşağı tələbat fonunda – red.) 2021-ci ilin ilk rübündə 50-55 ABŞ dolları arasında olacaq.
Bu barədə “Saxo Bank”ın proqnozuna istinadən xəbər verir.
İqtisadçı ekspertlər gündəlik tələbatın hələ də koronovirus pandemiyasından öncəki səviyyədən təxminən 6 mln. barel az olduğundan, 2022-ci və 2023-cü illərdə neft qiymətlərinin əhəmiyyətli artımını gözləmirlər.
“Buna əsasən biz “Brent” markalı neftin I rüb ərzində 50-55 dollar aralığında ticarət olunacağını gözləyirik”, – proqnozda qeyd olunub.