12 C
Baku
Friday, March 29, 2024

“Saxo Bank”: Avro dolları əvəz edə bilməyəcək

Avro beynəlxalq hesablaşmalarda əsas valyuta kimi ABŞ dollarını əvəz edə bilməyəcək.

Bu barədə “Saxo Bank”ın investisiyalar üzrə direktoru Stin Yakobsen deyib.

Onun sözlərinə görə, bunun üçün əsas şərtlərin – Avropa iqtisadiyyatının dünya iqtisadiyyatı ilə müqayisədə daha sürətli artımı və Avropa Mərkəzi Bankının (AMB) kifayət qədər yüksək faiz dərəcəsi olmamasıdır.

Yakobsen qeyd edib ki, AMB mövcud inflyasiyanı hələ də müvəqqəti hesab edən yeganə requlyator olaraq qalır. O bildirib ki, avronun güclənməsi üçün Avropa iqtisadiyyatının dünya iqtisadiyyatı ilə müqayisədə daha sürətli artıma və ya cari əməliyyatlar hesabının profisitinə ehtiyacı var. Lakin hazırda sözügedən profisitin daralması müşahidə olunur.

Qeyd edək ki, SWIFT-in son məlumatına görə, noyabrda beynəlxalq hesablaşmaların 39,2%-i dollarda, 37,7%-i isə avroda aparılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər