9 C
Baku
Thursday, December 12, 2024

“Saxo Bank”: “Təmiz enerjinin tətbiqi təxirə salına bilər”

Gələn ildə dünya üzrə ərzaq və enerji daşıyıcılarının bahalaşması nəticəsində meydana gələn inflyasiya və sosial gərginliyin öhdəsindən gəlmək üçün yeraltı yanacağa sərmayələri dəstəkləmək xətti tutula bilər.

Bu barədə “Saxo Bank” proqnoz verib.

“Yeraltı yanacaqdan imtina etmək planını təxirə salmalıyıq. Xammalın bahalaşmasından doğan inflyasiya təhlükəsini, həmçinin yaşıl enerjiyə keçmək üçün reallıqdan uzaq vaxt təyin olunması üzündən “iqtisadi lokomotiv”in qəzası ehtimalını nəzərə alan əsas qurumlar iqlimlə bağlı qarşıya qoyulan hədəfləri kənara qoyacaq. Onlar əlverişli qiymətə lazımi miqdarda ehtiyatları təmin etməyə istehsalçıları vadar etmək üçün neft hasilatı naminə 5 il, qaz hasilatı naminə də 10 il müddətinə sərmayə şəbəkəsini ixtisar edəcəklər”, – hesabatda qeyd olunur.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinə (İEA) görə, 2050-ci ilədək karbon emisiyasını sıfırlamaqla bağlı inkişaf etmiş ölkələrdə qarşıya qoyulmuş hədəfə çatmaq üçün 2030-ci ilədək neft istehlakı 29 faiz, qaz istehlakı da 10 faiz ixtisar edilməli, daha sonra isə kəskin azaldılmalıdır. Bununla bağlı adıçəkilən yanacaq növlərinin hasilatı artıq ixtisar olunmağa başlayıb ki, nəticədə bazardakı təklif tələbatdan aşağı düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər