13 C
Baku
Friday, April 19, 2024

Saxta əsginasları əslindən ayırd edən elektron proqram hazırlandı

Litva Bankının hazırladığı ödənişsiz və açıq elektron təlim proqramı sayəsində saxta əsginasları və sikkələri əslindən ayırd etmək mümkün olacaq. Proqram nağd pulla işləyənlər, həmçinin hələ də hesablamalar zamanı nağd puldan istifadə edən insanlar üçün nəzərdə tutulur.

Litva Bankının yeni elektron proqramında həm əsginasları qorumaq vasitələri, həm də onların saxta nümunələri təqdim olunub. İki hissədən ibarət proqramın birinci hissəsi əsginas və sikkələrə həsr olunub. Proqramın sonunda təqdim olunan test məlumatın necə qavranılmasını yoxlamağa imkan yaradır.

Litva Bankının məlumatına görə, daha çox 50 avroluq saxta əsginaslar aşkarlanır. Saxta sikkələrə isə daha az – ay ərzində orta hesabla 25 dəfə rast gəlinir. Əksər hallarda bu, 50 sentlik, 1 və 2 avroluq saxta sikkələrdir.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər