14 C
Baku
Thursday, May 2, 2024

Saxta dollar dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə şəhər ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, şöbə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Abdullayev Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 37 ədəd saxta 100 dollarlıq əskinazlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində saxta əskinasları birgə qazanc əldə etmək məqsədilə tanışı Elyanur adlı şəxsdən əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Elyanur Mirzəyev də saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

659d316ef3c39659d316ef3c3a1704800622659d316ef3c37659d316ef3c38

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər