23 C
Baku
Thursday, April 25, 2024

“Sber”Avropanın ən bahalı bankı olub

Oktyabrın 5-i “Sber”in adi səhmləri Moskva birjasında 350 rubl həddini keçərək tarixi maksumumu yeniləyib. Banker.az xəbər verir ki, bundan sonra şirkətin kapitallaşması (imtiyazlı səhmlər də daxil olmaqla) 7.96 trilyon rubla çatıb. Qeyd edək ki, bu göstəriciyə görə “Sber” Böyük Britaniyanın ən böyük kredit təşkilatı olan “HSBC”ni keçərək Avropanın ən bahalı bankına çevrilib.

Bununla yanaşı, oktyabrın 6-sı “Sber”in adi səhmləri yenidən rekord vurub – 375.48 rubla çatıb. Prefləri nəzərə alaraq, Bakı vaxtı ilə 14:25-də şirkətin kapitallaşması 8.2 trilyon rubla çatıb.

“Sber”in səhmləri Rusiya mühasibat uçotu standartlarına uyğun olaraq yaxşı maliyyə göstəriciləri səbəbindən artır. Hesabat oktyabrın 7-si dərc olunacaq.

Dividend siyasəti – şirkətin cəlbedici olmasının digər səbəblərdən biridir. Belə ki, bu siyasət xalis mənfəətin 50%-i həcmində dividend ödənilməsini nəzərdə tutur. 2020-ci il ərzində “Sber” rekord 422.4 milyard rubl dividend ödəyib.

Rusiya hökuməti 2022-ci ildə bankın dividendlərinin 25.36 rubl, 2023-cü ildə – 26.95 rubl, 2024 – cü ildə isə 29.96 rubl olacağını gözləyir. Bu rəqəmlər növbəti üç ilin büdcə layihəsində göstərilib. Yəni üç il sonra Avropanın ən bahalı bankının dividendləri 60% arta bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər