7 C
Baku
Sunday, December 15, 2024

“Sberbank” insan üzünü müəyyən edən ilk bankomat quraşdırıb

“Sberbank” pilot layihə çərçivəsində Moskvada insan üzünü müəyyən edən ilk bankomat quraşdırıb.

“Vistanews.ru” saytına istinadən, bankdan pul çıxarmaq kartdan istifadə etmədən mümkün olacaq. Bankın mətbuat xidmətinin məlumatına görə, üztanıma sistemi üçün alqoritmin hazırlanması ilə Yaponiyanın “Toshiba” şirkəti məşğul olub.

Qeyd edək ki, pilot layihə çərçivəsində bu cür bankomatların quraşdırılması ilin sonunadək davam edəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər