26 C
Baku
Saturday, July 27, 2024

“Sberbank” kartsız pensiyanın ünvana çatdırılması xidmətini təşkil etdi

Koronavirus pandemiyası ilə əlaqəli məhdudlaşdırıcı tədbirlər dövründə “Sberbank” ın Moskva filialı 65 yaşdan yuxarı olan müştəriləri üçün pensiyanın ünvana çatdırılması xidmətini təklif edir.

Banker.az “Banki.ru”ya istinadən xəbər verir ki, pullar aktiv “Sberbank” kartı olmayan, o cümlədən bu bankdan pensiya və sosial ödəniş alan müştərilərə Moskva daxilində ünvana çatdırılacaq. Pensiyanın çatdırlması xidmətindən ayda yalnız bir dəfə istifadə etmək mümkün olacaq.

Hal-hazırda pensiya verilməsi üçün müraciətlərin əksəriyyəti “Sberbank” ın məlumat mərkəzi vasitəsilə qəbul edilir. Çatdırılma özəl təhlükəsizlik şirkətlərinin nümayəndələrinin müşayiəti ilə, habelə Moskva Bankının işçiləri tərəfindən həyata keçirilir.
“Eyni zamanda, işçilərimiz müştəriləri və özlərini maksimum dərəcədə qorumaq üçün fərdi qoruyucu vasitələrin istifadəsinə dair bütün tələblərə ciddi riayət edirlər” – “Sberbank”ın vitse-prezidenti Vyaçeslav Tsıbulnikov qeyd edir.

Bundan əlavə, “Sberbank” işçiləri pensiyaçılara gələcədə pensiya və sosial müavinətlərin hesablanacağı bank kartını pulsuz olaraq almağı təklif edirlər.

Son xəbərlər
Digər xəbərlər