8 C
Baku
Sunday, January 29, 2023

“Sberbank” kredit portfelinin dörddə birini Qazaxıstanın “Halyk Bank”ına satıb

2022-ci ilin aprel ayında “Sberbank”ın Qazaxıstandakı törəmə şirkəti “Halyk Bank”a 538.9 milyard tenge məbləğində kredit portfelini satıb. Banker.az xəbər verir ki, bu barədə “Halyk Bank”ın rüblük hesabatında deyilir. 2022-ci ilin aprel ayının əvvəlinə olan məlumata görə, “Sberbank”ın Qazaxıstandakı kredit portfeli 2.1 trilyon tenge təşkil edir.

Kiçik və orta biznesə verilən kreditlərə gəldikdə, “Halyk Bank” 107 milyard tenge məbləğində “yüksək keyfiyyətli kommersiya portfelinin” və “Damu” fondunun dövlət proqramları çərçivəsində verilmiş kreditlərin bir hissəsini 4.9 milyard tenge qiymətinə geri alıb. Bundan əlavə, korporativ portfel üçün 99 milyard tenge dəyərində kreditlər alınıb.

Fevralın 28-də “Sberbank” Belarus və Qazaxıstandakı törəmə şirkətləri üçün əlavə ehtiyat xətti açdığını elan edib. Bir qədər sonra bank Aİ və ABŞ sanksiyalarına məruz qalıb. Bunun fonunda “Sberbank” hadisələrin “müxtəlif inkişaf ssenarilərini” nəzərdən keçirdiyini açıqlayıb.

Sərt sanksiyalara məruz qalan “Alfa-Bank” Qazaxıstandakı törəməsini  yerli “CenterCredit” bankına satıb. “Görülən tədbirlər bankın ABŞ və bir sıra digər ölkələrin sanksiya siyahılarından çıxmasına kömək edəcək”, – bank aprelin 20-də bildirib.

Son xəbərlər
Digər xəbərlər
X