Bank üçün bu, kadr axınını azaltmağın və qənaət etməyin bir yoludur.
Banker.az xəbər verir ki, “Sberbank” süni intellekt texnologiyasından istifadə edərək, işçilərinin işdən çıxma ehtimalını proqnozlaşdırmağa başlayıb. Hal-hazırda model sınaq mərhələsindədir və onun tətbiqi ilə bağlı tam olaraq qərar verilməyib.
Bank müraciət edənlərin CV və digər bu kimi parametrlərini təhlil edir. Qeyd edək ki, təhlil prosesində namizədin verdiyi yalnız açıq məlumatlardan, məsələn, bankın müştərisi kimi onun haqqında olan məlumatlardan istifadə olunur. İşdən çıxmaların proqnozlaşdırılması hələki şöbələrdə məsləhətçilərin işə götürülməsi sahəsində istifadə olunur.
2019-cu il iyulun 30-da “Sberbank” ın 291,7 min nəfər, bir il əvvəl isə təxminən səkkiz min çox işçisi olub. 2018-ci ilin noyabrında “Sberbank” ın rəhbəri German Gref, süni intellekt texnologiyasının tətbiqinin rutin işləri yerinə yetirən işçilərin sayını azaltdığını söyləyib.