10 C
Baku
Thursday, December 12, 2024

Schlumberger şirkəti Eurasia Drilling qazma şirkətinin 51%-ni əldə edir

Banker.az xəbər verir ki, dünyanın ən nəhəng neft xidmətləri təklif edən Schlumberger şirkəti Rusiyada ən nəhəng qazma şirkət olan Eurasia Drilling-in (EDC) səhmlərinin 51%-ni əldə etməsi ilə bağlı razılıq əldə edib.

Schlumberger şirkətindən verilən məlumata görə, müqavilə hər iki tərəfin 2011-ci ildə əsasını qoyduğu uğurlu uzunmüddətli münasibətləri daha da genişləndirəcək.

Şirkətlər müqavilənin təsdiq olunması üçün Federal Anti-monopoliya xidmətinə rəsmi müraciət ünvanlayıb.

Qeyd edək ki, Schlumberger şirkəti 2015-ci ildə EDC-nin səhmlərinin 46%-ni almağa cəhd etmişdi. Sözügedən bu səhm paketinin dəyəri 1,7 milyard dollar olaraq qiymətləndirilirdi. Lakin bu zaman Federal təhlükəsizlik xidməti amerikalı şirkətin Rusiyanın neft xidmətləri bazarına həddindən artıq böyük təsirə malik olacağı ilə bağlı narahatlığını vurğulamışdı. Nəticədə isə müqavilə baş tutmamışdı.

Son xəbərlər
Digər xəbərlər