Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə hesabatlar yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.
Bu, Seçki Məcəlləsinin 96-cı maddəsi ilə tənzimlənir.
Məntəqə seçki komissiyaları səsvermə günündən sonra 5 gün müddətində – fevralın 15-dək maliyyə hesabatını MSK-ya verməlidir.
Dairə seçki komissiyaları isə səsvermə günündən sonra 10 gün müddətində – fevralın 20-dək maliyyə hesabatlarını təqdim etməlidir.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. MSK dairələr üzrə lider namizədlərin adlarını açıqlayıb. Bu, ilkin rəsmi açıqlamadır.
©Oxu.az