26 C
Baku
Saturday, July 27, 2024

Seçkiyə qədər deputatlar maaş alacaq?

Xəbər verdiyimiz kimi, ötən gün Konstitusiya Məhkəməsi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarını açıqlayıb. 

“Qərarda seçkilərin keçirilməsinin Konstitusiyaya uyğun olduğu bildirilib. 

Bu məqamda ictimaiyyəti maraqlandıran suallardan biri növbəti çağırışa qədər Milli Məclisin deputatlarının əməkhaqqı alması və toxunulmazlıq hüquqlarının saxlanılması ilə bağlıdır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədovla əlaqə saxlayıb. O, xatırladıb ki, Milli Məclisdə növbədənkənar seçki məsələsi müzakirə olunanda təklif edildi ki, müharibə aparan dövlət olaraq sabah müəyyən problemlər yarana bilər: “Buna görə də, səlahiyyət müddəti VI çağırışın ilk iclasına kimi uzadılsın. Yəqin  ki , Fərmanda bu məsələ öz əksini tapacaq. Çünki bu çox vacib məsələlərdən biridir”.

Milli Məclisin deputatı Fazil Mustafa isə Konstitusiya Məhkəməsinin qərarında bu məsələnin göstərildiyini bildirib: “ Qərarda qeyd olunub ki, Milli Məclisin qanunvericilik fəaliyyəti istisna olmaqla,  digər  bütün fəaliyyətləri saxlanılır. O cümlədən,  hərbi rejim  və fövqəladə hadisə zamanı qanun qəbul etmək, müharibə elan etmək imkanları qalır. Eyni zamanda, deputatların səlahiyyəti də növbəti parlamentin toplandığı günə kimi  davam edir.  Buna görə də əmək haqqı almaq və toxunulmazlıq hüququ da olduğu kimi qalır”. 

Bildirək ki, Azərbaycanda qanunverici orqan olan Milli Məclisin sədri 2 475 manat maaş alır. Bu isə Nazirlər Kabinetinə rəhbərlik edən Baş nazirin maaşından (2 460 manat) 15 manat çox olması deməkdir. MM sədrinin birinci müavini  2 227 manat maaş aldığı halda Baş nazirin köməkçisində bu rəqəm 2 160 manatdır. (Nazirlərin maaşları barədə: http://bit.ly/2OuYvdx )

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən,

  • Milli Məclisin sədri 2 475 manat;
  • Milli Məclis sədrin I müavini 2 227 manat;
  • Milli Məclis sədrinin müavini 2 103 manat;
  • Milli Məclisin komitə sədri 1 980 manat;
  • komitə sədrinin müavini 1 856 manat;
  • sıravi deputat isə 1 732 manat maaş alır.

Qeyd edək ki, bu ilin mayın 1-dən etibarən maaşlar belə hesablanır.

                                                                                                          Qafqazinfo.az

Son xəbərlər
Digər xəbərlər