21 C
Baku
Monday, April 29, 2024

“Sega” məşhur oyun tərtibatçısını 776 mln. dollara alıb

Yaponiyanın “Sega” şirkəti Finlandiyanın “Rovio Entertainment Oyj” oyun tərtibatçısını 706 milyon avroya (və ya 776 milyon dollara) alıb. Şərtlərə əsasən, “Sega” dövriyyədə olan bütün “Rovio” səhmlərini bir səhm üçün 9.25 avro qiymətinə alacaq ki, bu da elandan əvvəlki qiymətindən təxminən 19% yüksəkdir. “Rovio”nun idarə heyəti bu təklifi dəstəkləyib.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Alış şirkətə mobil oyunlar bazarındakı payını artırmağa və öz oyunlarının mobil versiyalarının inkişafını sürətləndirməyə kömək edəcək.

Mümkün sövdələşmə haqqında aprelin 14-də “WSJ” və “Bloomberg” tərəfindən məlumat verilib. Bu xəbərdən sonra “Angry Birds”in səhmləri 1.1% bahalaşaraq 7.78 avroya çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər