AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyev tərəfindən laboratoriyada seleksiya yolu ilə yeni üzüm sortları əldə olunub.
2020-ci ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni üzüm sortlarının ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib. Mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrində qeydiyyatdan keçib, tədqiqatçıya patent və müəlliflik şəhadətnaməsi verilməsi haqqında qərar çıxarılıb.
Alınmış yeni perspektivli üzüm sortları pasportlaşdırılıb və artıq respublikanın əsas üzümçülük bölgələrində yayılmasına və becərilməsinə başlanılıb.
Yeni üzüm sortlarının dövlət reyestrindəki kod və adları, yayılacağı bölgələr bunlardır:
1. 1300490. Qəhvəyi kişmişi℗, tezyetişən, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, respublika üzrə.
2. 1300482. Milax üzümü℗, orta vaxtda yetişən, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, respublika üzrə.
3. 1300474. Oğuz üzümü℗, orta vaxtda yetişən, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, respublika üzrə.
4. 1300466. Naxçıvan muskatı℗ gecyetişən AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, respublika üzrə .
5. 1300458. Bənəniyar üzümü℗, gecyetişən, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, respublika üzrə .
6. 1400231. Nərgizi℗, orta vaxtda yetişən, AMEA Genetik Ehtiyatlar İnstitutu, respublika üzrə.
7. 1300440. Əlincə℗, orta vaxtda yetişən, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, respublika üzrə.
Laboratoriyada bu kimi iqtisadi əhəmiyyətli və təsərrüfatyönümlü elmi-tədqiqat işləri davam etdirilir.