-3 C
Baku
Sunday, December 15, 2024

Separatçılar Yevlaxda görüş çağırışı ilə razılaşdılar

Separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

Bu barədə erməniyönümlü KİV mənbələrə istinadən məlumat veriblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar verdiyi bəyanatda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, – deyə Prezident Administrasiyasının açıqlamasında qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər