16 C
Baku
Thursday, May 9, 2024

Serb Respublikasının Prezidenti payızda Azərbaycana səfər edəcək

Serb Respublikasının Prezidenti Milorad Dodik payızda Azərbaycana səfər edəcəyini bildirib.

“Dodik payızda Bakıya səfər edəcəyinin anonsunu verib. Səfərdə məqsəd gələcək əməkdaşlıq və layihələrin təşviq edilməsindən ibarətdir”, – deyə “Sarajevo Times” xəbər portalı bildirir.

Avqustun 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.

“Sarajevo Times”ın məlumatına görə, Əliyevlə bu görüşü “çox konstruktiv” adlandıran Dodik Azərbaycanın Serb Respublikasında enerji layihələrinə investisiya qoymaqda maraqlı olduğunu bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər