-1 C
Baku
Sunday, December 15, 2024

Serbiya Kosovo ilə bağlı mövqeyini dəyişməyəcək

Serbiya Qərbin təzyiqlərinə baxmayaraq, Kosovo ilə bağlı mövqeyini dəyişməyəcək.

Bunu Serbiya prezidenti Aleksandr Vuçiç yekun mətbuat konfransında deyib.

“Biz mübarizəmizi davam etdiririk. Biz həmişə albanlarla sülh istəyəcəyik, imzaladığımız bütün müqavilələrə həmişə hörmət etmək istəyəcəyik”.

Vuçiç əlavə edib ki, Serbiya imzalanmış altı sazişin heç birindən qaçmır.

“Biz mübarizəmizi davam etdirəcəyik. Hər kəs öz işi ilə məşğul olmağa davam edəcək. Onlar şantaj və təhdidin, biz isə azadlığımızın və müstəqilliyimizin, Serbiyamızın qoruyucusuyuq”, – Vuçiç yekunlaşdırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər