-1 C
Baku
Sunday, December 15, 2024

Sertifikasiyadan keçməyən işçilər işlədən klinikaya 8 min manatadək cərimə yazıldı

“Görüş Klinikası” MMC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki,  İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərib.

İXM-in 215.4-cü maddəsinə görə, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Son xəbərlər
Digər xəbərlər