22 C
Baku
Friday, May 24, 2024

Setanta Sports və Netflix: İndi birlikdə!

®Bir abunədə iki xidmətdən yararlanın.

Şərqi Avropa və Mərkəzi Asiyanın aparıcı idman multimedia platforması olan Setanta Sports ilə qlobal yayım xidməti Netflix abunəçilərə ən yaxşı idman tədbirlərinə və əyləncə məzmununa bir təklifdə çıxış imkanı vermək üçün 13 ölkədə eksklüziv tərəfdaşlıq elan etdi! Yeni “Fan Pack” abunəliyi bir ödəniş müqabilində Setanta Sports və Netflix-ə qoşulmağa imkan verəcək.

Həyəcanla hansısa futbol matçını gözləyirsinizsə, həlledici UFC döyüşü izləmək üçün dəqiqələri sayırsınızsa və yaxud eyni vaxtda maraqlı serial axtarışındasınızsa, “Fan Pack” əsl sizin üçündür!
Məsələn, fantastik dünyaya daxil olmaq istəsəniz “The Witcher”, avtobioqrafik janrda idman dünyasını isə “Beckham” serialı ilə kəşf edə bilərsiniz.

İndi bir abunə ilə siz Setanta Sports-da bütün Formula 1 Qran-Prilərinə baxa və eyni zamanda Netflix-də “Formula 1: Drive to Survive” sənədli serialında bu idman növü haqqında ətraflı məlumat ala bilərsiniz. Həmçinin “Break Point” serialında tennis dünyasının pərdəarxası kadrlarını izləyərək heç vaxt olmadığı qədər bu idman növünə yaxın olmaq şansı yaxalayaqcasınız.

“Biz idman və əyləncə həvəskarlarına eksklüziv təklif yaratmaq üçün Netflix ilə əməkdaşlıq etməkdən məmnunuq. Netflix və onun məşhur film və seriallarının qlobal şəkildə tanınması bazarda mövcudluğumuzu gücləndirməkdə əsas rol oynayır, çünki “Fan Pack” ən yaxşı idman yarışları və unikal Netflix məzmununun vəhdətini təklif edir. Bu tərəfdaşlıq müqaviləsi abunəçilərimizin bir paketdə ehtiyac duyduqları hər şeyi tapa bilməsini təmin etmək üçün mühüm addımdır”, – deyə Setanta Sports-un idman departamentinin baş direktorunun müavini Tamara Badaşvili qeyd edib.

“Biz həmişə Netflix-ə abunə olmağı və onu izləməyi asanlaşdırmağa çalışırıq, istər televizorunuzda, telefonunuzda, planşetinizdə və ya kompüterinizdə – evdə və ya yolda. Bu çoxölkəli tərəfdaşlıq vasitəsilə biz Netflix-i idman və əyləncə məzmununda ən yaxşıları ilə maraqlanan daha geniş auditoriya üçün əlçatan edəcəyik”, – deyə Netflix-in Mərkəzi və Şərqi Avropa zonasının inkişaf üzrə direktoru Maja Porcyńska qeyd edib.

Azərbaycanda “Fan Pack”i haradan və necə əldə etmək olar?

Setanta Sports və Netflix “Fan Pack”ini əldə etmək üçün setantasports.com/fanpack linkinə daxil olun və üstünlük verdiyiniz abunəliyi seçin.

Abunə qiymətləri:

Əsas: 7,99 avro

Standart: 9,99 avro

Premium: 11,99 avro

Son xəbərlər
 ⁠
Digər xəbərlər