6 C
Baku
Sunday, December 15, 2024

Sevdiyiniz insan sizə maliyyə cəhətdən uyğundurmu?

Maliyyə uyğunluğu nadir hallarda bizim gələcək həyat yoldaşında görmək istədiyimiz keyfiyyətlər sırasına daxil olur, lakin mütəxəssislər belə qənaətədirlər ki, o bu sıraya daxil olmalıdır, əks təqdirdə məhəbbət sizin bank hesabınıza ciddi ziyan yetirə bilər.

TD Ameritrade şirkətinin araşdırmasın nəticələrinə əsasən hər 10 ABŞ vətəndaşından 6-sı  gələcək həyat yoldaşlarının maliyyə durumunu öncədən müəyyən etmədən, özlərini nigaha daxil olmaq üçün hazır hiss etmədiklərini  bildirmişlər. Daha çox insan isə, yəni 10 nəfərdən 8-i demişdir ki, onlar tərəf müqabilindən öz maliyyə durumlarına dair heç bir informasiyanı gizlətmirlər. amma bütün bu yaxşı niyyətlərə baxmayaraq, ailə büdcəsini birlikdə planlaşdırmaq, bal ayında hara səyahət etməyə dair qərar verməkdən dəfələrlə daha çətin ola bilər. U. S. News saytı ailə maliyyəsində uğur əldə etmək üçün addımbaaddım idarə üsulu təklif edir.

Bəlkə də ailə maliyyəsinə belə yanaşma tərzi kiməsə həddindən artıq rasional görünür, lakin maliyyə səhvləri insanlara çox baha başa gəlir və hətta ailənin dağılması ilə nəticələnə bilər. Beləliklə,  hansı mərhələ nə etmək lazımdır..

…siz sadəcə görüşürsünüz

1. Sizin və ya onun maliyyə münasibətlərində fərdi olaraq nəyə üstünlük verdiyini aydınlaşdırın. Maykl Zayon «Pul və Nigah: maliyyə baxımından uyğun həyat yoldaşını necə seçmək olar» (Money and Marriage: How to Choose a Financially Compatible Spouse) adlı yeni kitabında maliyyə xüsusiyyətlərinə görə insanları faunanın müxtəlif üzvləri ilə müqayisə edir. Məsələn, «küçüklər» çox xərcləyir, «dələlər» pulu bankda yığır, «dəvəquşular» hətta pul haqqında söhbətlərdən və ya fikirlərdən belə uzaq olmağa çalışırlar, «sərçələr» asan və qənaətlə yaşayır, pul haqqında düşünmək və onu idarə etmək isə daha çox «bayquşların» ruhuna yaxındır.

Müəyyən etmək heç də çətin deyil ki, ən yaxşısı «bayquşlar» ilə görüşməkdir, «küçüklər» isə çoxlu səhvlər yol verə bilər, xüsusi ilə də əgər onlar «dələlər» ilə görüşürlərsə. Uyğunsuzluq heç də o anlama gəlmir ki, münasibətləri dərhal bitirmək lazımdır, sadəcə maliyyə baxımından fərqləri bilmək ona görə yaxşıdır ki, bütün nahamarlıqları aradan qaldırmaq olsun.

2. «Qırmızı bayraqlara» diqqət yetirin. Pullar ilə əlaqədar daimi mübahisələr və ya maliyyə məsələlərini müzakirə etməkdən ümumiyyətlə imtina etmək, gözə kül üfürmək, başa düşmək olmur bu qədər şeyə xərclənən pullar haradan tapılır və ya çoxlu borclar— Zayon üçün bütün bunlar «qırmızı bayraqlardır» və sizə gələcəkdə pul ilə əlaqədar ciddi xoşagəlməz situasiyalar ilə üzləşəcəyinizdən xəbər verir. Belə əlamətləri dərhal qeydə almaq və onlar müzakirə etmək lazımdır, ya da siz ən azından gələcəkdə də bu problemlərin ortaya çıxacağına hazır olmalısınız.

…siz nişanlısınız

3. Ciddi şəkildə pul haqqında söhbət edin.
«Əvvəlcə sevgi gəlir, sonra isə pul» (First Comes Love, Then Comes Money) kitabının müəllifləri olan Betani və Skott Palmer cütlüyü, biri-birinə ən azı 20 sual verməyi məsləhət görür, bu sırada olmalıdır:

— Bizim bank hesablarımız ümumi və ya fərdi olmalıdır?
— Sənin valideynlərin pulu necə xərcləyir və necə yığırdılar ?
— Bizdən hər hansı birimiz uşaqlar ilə məşğul olmaq üçün işdən çıxa bilərmi ?
— Sənin maliyyə baxımından yol verdiyin ən ciddi nöqsan nə olub?

Bundan əlavə, daşınmaz əmlak almaq kimi  vacib maliyyə hədəflərini birgə müzakirə etməyə dəyər, 45 yaşdan sonra isə təqaüd dövrünə həyata keçirmək mümkün olan planları müzakirə etmək böyük əhəmiyyətə malik ola bilər, həmçinin bu yaşda insanların çox özəl işlərini qurmaq istəyir, bu haqda da söhbət etmək maraqlı olardı.

4. Əgər bu çox vacibdirsə, «xəfiyyə» olun. Bəlkə də kimin üçün isə bu məsləhət artıq «ağ eləmək» olardı, amma Zayon bu addımın öz təhlükəsizliyinin təminatı baxımından mütləq vacib olduğuna dair israr edir. O məsləhət görür ki, tərəfdaşın valideynlər ilə necə ünsiyyət  qurmasına diqqət yetirmək, onun iş yerinə baş çəkmək, onun adını internet axtarış saylarında yoxlamaq, hətta onun kriminal keçmişinin olub-olmamasını araşdırmaq və onun kredit tarixlərini nəzərdən keçirmək lazımdır

…siz evlisiniz

5. Müntəzəm olaraq pul haqqında söhbətlər edin.
Palmer ailəsi iddia edir ki, adətən evli cütlüklər maliyyə məsələləri ilə bağlı problemlər yaşanmayana qədər bu işlərə elə də tez-tez diqqət yetirmirlər. Buna görə maliyyə haqqında söhbətləri mütəmadi olaraq aparmaq lazımdır. Bir birinizə maliyyə «görüşləri» təyin edin ki, prioritetləri və işlərin necə getdiyini müzakirə edəsiniz.

Bundan əlavə, ailədə maliyyə nailiyyətləri ilə bağlı müsbət hadisələrin qeydlərini də aparmaq çox faydalı ola bilər. Bu ona işarə ola bilər ki, hər iki tərəf gəlirlərdə stabillik yaranmasına öz töhfəsini vermiş və ya hər hansı bir kreditin qapanmasında iştirak etmişdir. Sonra isə mənfi hallara da nəzər salmaq vaxtıdır, bu həll edilməsi vacib olan problemlərin qeydiyyatı ola bilər.

6. Maliyyə «sədaqətsizliyinin» kökünü yerindəcə kəsin. Palmerlər iddia edirlər ki, maliyyə «xəyanəti», sizin yarınızın pullara dair hər hansı bir qərarı sizin iştirakınız olmadan verməsi deməkdir ki, bu da heç nadir hadisə sayılmır. Belə hadisələr nə qədər tez təqib olunarsa, onlar sizin ailə münasibətinizə bir o qədər az xətər yetirəcəkdir.

İlk növbədə həyat yoldaşlarına həddən artıq xərclərə və borclara görə yaşanan xəcalət hissindən qurtulmaq lazımdır, belə ki bu emosiyalar insanın hərəkət iradəsini iflic etməyə qadirdir. Sonra isə bir birinə etibar etməyi və bir fincan qəhvədən tutmuş yeni işgüzar kostyumun alınmasına qədər,  heç də bütün xərclərə nəzarət etməyə can atmamağı öyrənmə vacibdir. İkinci mərhələ— bir-birinizə həyati planlarınız haqqında danışın. Məsələn,  ailə başçılarından biri bir az qənaət edərək, xəyallarının məzuniyyəti üçün pul yığmaq istəyərdi. Nəhayətdə birgə səylər nəticəsində büdcə formalaşdırmaq və arzunu gerçəkliyə çevirmək lazımdır.

…siz ayrılırsınız

7. Boşanmanın mümkünlüyünü inkar etməyin.
Əlbəttə ki, toy mərasiminin dekorasiyası üçün müxtəlif güllər seçmək, mümkün ayrılıq şansları haqqında düşünməkdən qat-qat daha xoşdur, lakin buna baxmayaraq, boşanma ehtimalını tamamı ilə hesabdan atmağa da dəyməz. Özünü sığortalamaq üçün, vacibdir ki, ər-arvad pulları birgə idarə etsin — onlardan heç biri tək başına mühasib, sərmayəçi və ya xəzinədar vəzifəsini yerinə yetirməli, həmçinin hesabları ödəmək məcburiyyətinə qalmalı deyil. Həm ər, həm də onun xanımı bank hesablarının həm kodlarını, həm də ünvanlarını bilməlidir.

8. Hesabları ayırın.
Ər və arvadın  ümumi kredit reytinqi hətta onlar ayrılandan uzun müddət sonra da qanunla qüvvədə qala bilər. Əgər siz hələ də keçmiş həyat yoldaşınızla bərabər kredit kartının sahibkarı hesab edilirsinizsə, demək siz də onunla yanaşı bu kreditə görə öhdəlik daşıyırsınız (bundan əlavə bəzi amerikan banklarında nigah dövrü açılmış bütün kredit hesabları ümumi hesab olunurlar, onların ər və ya arvadın adına qeyd olunmasından asılı olmayaraq). Hesabların ayrılması boşanmadan sonra ortaya çıxan bir çox problemləri həll etmək imkanı verir.

Yekunda isə sizə xoş xəbərimiz var: maliyyə ziddiyyətləri ailədə baş qaldıran münaqişələrin əsas səbəblərdən biri ola bilər, lakin onların həllinin mümkünlüyü tamamı ilə realdır, sadəcə bir az daha əzmkar olmaq və səy göstərmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər