Azərbaycanda “Sevimli Dad” süd məhsulları istehsalçısı “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ili də xalis mənfəət əldə edib.
Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd edilir ki, 2022-ci ildə 3 milyon 995 min manat həcmində satışlardan gəlir əldə edib, 2 milyon 753 min manat satışın maya dəyəri olub ki, bu da şirkətin 1 milyon 242 min manat ümumi mənfəəti olub.
2021-ci illə müqayisədə əsas əməliyyat gəlirləri 11%, satışın maya dəyəri isə 14% artıb.
Beləliklə, 2022-ci ildə bütün gəlir və xərclər fərqindən sonra “Göyçay-Süd” ASC 202.4 min manat xalis mənfəət əldə edib. 2021-ci ili isə 171.2 min manat xalis mənfəət əldə etmişdi.
1 yanvar 2023-cü il tarixinə 842 min manat bölüşdürülməmiş mənfəəti yaranıb.
“Göyçay-Süd” ASC — 1998-ci ildə təsis edilib, 810 min manat nizamnamə kapitalı var. Şirkət süd məhsulları, meyvə şirələri və nektarları istehsalı ilə məşğul olan Azərbaycanda yaradılmış ilk müəssisələrdən biridir.