7 C
Baku
Thursday, December 12, 2024

“Şevron”un daha bir şirkəti Azərbaycandan getdi

“Şevron BTC Payplayn LTD” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi  ləğv olunduğunu elan edib.

Banker.az xəbər verir ki, Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28,29,30 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, neft və qaz şirkəti olan “Chevron” Azərbaycandakı aktivlərini Macarıstanın “MOL” şirkətinə 1,57 milyard dollara satıb.

Qeyd edək ki, “Şevron BTC Payplayn LTD” şirkəti Azərbaycanda 2001-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Christopher Marc-Alan Payne-dir.

Son xəbərlər
Digər xəbərlər