12 C
Baku
Friday, March 29, 2024

“Shell” Avropadakı ən böyük neftayırma zavodunun fəaliyyətini dayandırıb

Böyük Britaniya – Niderland birgə müəssisəsi “Royal Dutch Shell” şirkəti Avropadakı ən böyük neftayırma zavodunda baş vermiş yanğından sonra müəssisənin fəaliyyətini dayandırıb.

Bu barədə “France Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Rotterdam şəhərində yerləşən zavodda yanğın iyulun 30-u gecə saatlarından başlayıb və alovun qarşısı səhər saatlarında alınıb. Bundan sonra zavodun ərazisindəki bütün obyektlərin fəaliyyəti dayandırılıb. Müəssisənin işini bərpa etməsinə bir neçə gün vaxt lazım ola bilər. Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilsə də, şirkətin nümayəndəsi bunu təsdiqləməyib.

Qeyd edək ki, hadisə dünya bazarında neftin qiymətinə cüzi təsir edib və “Brent” markalı qara qızılın 1 barreli 0,4% bahalaşaraq 52,45 dollara satılıb. Neftin qiymətini artıran digər amil isə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) gələn həftə keçiriləcək iclasıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər