Si Cinpin ədalətli qlobal süni intellekt idarəetmə sisteminin yaradılmasına çağırıb

Çinin Şanxay şəhərində keçirilən Dünya Süni İntellekt Konfransının (WAIC) açılışında Çin sədri Si Cinpin iştirakçılara və beynəlxalq ictimaiyyətə ümumi konsensusa əsaslanan ədalətli qlobal süni intellekt (Sİ) idarəetmə sisteminin yaradılması çağırışı ilə müraciət edib.

Çin lideri çıxışında vurğulayıb ki, bütün ölkələrdə süni intellektin hazırlanması zamanı insan mərkəzli və etik yanaşma tətbiq edilməlidir.

O, xüsusilə təhlükəsizlik məsələsinə diqqət yetirməyə çağırıb. “Süni intellekt bəşəriyyət üçün etibarlı alət olmalıdır. Biz təmin etməliyik ki, süni intellekt hər zaman insanın nəzarəti altında qalsın. Risklər barədə insanların məlumatlılığını artırmaq, Sİ-nin təhlükəsizliyini və idarəolunanlığını təmin etmək, texniki monitorinq, erkən xəbərdarlıq və operativ reaksiya sistemlərini tətbiq etmək lazımdır”, — deyə Si Cinpin bildirib.

Çin sədri həmçinin bu sahədə “milli təhlükəsizlik amilinin həddindən artıq ön plana çıxarılmasına qarşı birgə mübarizə aparmağın” vacibliyini qeyd edib. O, süni intellektin hazırlanması və texniki standartlar sahəsində koordinasiya və əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini də vurğulayıb.

Dünya Süni İntellekt Konfransı (WAIC) 2018-ci ildən etibarən hər il Çində keçirilir. Bu il tədbir “Parlaq gələcək naminə süni intellekt tərəfdaşlığı” mövzusuna həsr olunub və 1,4 mindən çox iştirakçını bir araya gətirib.

İyulun 17–20-də keçiriləcək konfrans çərçivəsində 140-dan çox forumun təşkili nəzərdə tutulur. Tədbir çərçivəsində həmçinin 100 min kvadratmetrdən artıq sahəni əhatə edən sərgi keçirilir. Burada dünyanın müxtəlif ölkələrindən 1,1 min şirkətin təqdim etdiyi 3 mindən çox məhsul və texnologiya nümayiş olunur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər