27 C
Baku
Saturday, April 27, 2024

“Siemens” son 12 ildə ilk dəfə zərər edib

Almaniyanın “Siemens” şirkəti son 12 ildə ilk dəfə maliyyə rübünü xalis zərərlə başa vurub. Şirkət aprel-iyun aylarında 1.5 milyard avro zərər edib. Qeyd edildiyi kimi, səbəb “Siemens Energy”də 35% payın satışı və Rusiya bazarından çıxma göstərilir.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Eyni zamanda, “Siemens”in hesabat dövründəki gəliri analitiklərin gözləntilərini üstələyərək artıb. Üç ay ərzində alman korporasiyası ötən ilin eyni dövrü ilə müqayisədə 11% artım göstərərək 17.9 milyard avro qazanıb.

Aprel-iyun aylarında “Siemens”in sənaye biznesindəki mənfəəti 27% artaraq 2.88 milyard avroya çatıb və 3.02 milyard avroluq qiymətləndirməyə çatmayıb.

May ayında “Siemens Energy”nin ana şirkəti olan “Siemens” konserni Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyanı tərk etdiyini açıqlamışdı. İstisna tibbi avadanlıqların istehsalı olmuşdu.

Daha əvvəl “Siemens Energy” Rusiya biznesinin restrukturizasiyasına başlayıb, prosedur 2022-ci ilin payızında başa çatacaq. Qeyd olunub ki, Aİ-nin iyulun 10-dan sonra tətbiq etdiyi sanksiyalar şirkətin Rusiya Federasiyasındakı işgüzar fəaliyyətinə ciddi təsir göstərib və onun ölkədə fəaliyyətini davam etdirməsini əsassız edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər