16 C
Baku
Thursday, April 25, 2024

SİF bu rayonda güzəştli kreditləşdirilməsi üçün sahələri müəyyən edib

Sahibkarlığın İnkişafı Fondu (SİF) Tovuz rayonunda biznes strukturları maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə Fonddan məlumat verilir.

Xüsuisilə, SİF cins mal-qara yetişdirilməsi, arıçılıq, kartofçuluq üzrə təsərrüfatlarının, meyvə emalı üzrə müəssisələrinin və kənd turizmi layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.

“Tovuz rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər”, – Fonddan qeyd ediblər.

Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.

SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər