6 C
Baku
Sunday, December 15, 2024

Sığorta əməliyyatlarına dəstək üzrə kiçik mütəxəssis – PAŞA Sığorta

“PAŞA Sığorta” ASC namizədləri “Sığorta əməliyyatlarına dəstək üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
• Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, müqavilə və s.) hazırlanması;
• Müvafiq hallarda müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;
• Sığorta şəhadətnamələrinin müvafiq ünvana çatdırılmasında yardım;
• Buraxılmış sığorta şəhadətnamələrinin fayllaşdırılmasını və qovluqlarda müvafiq sənədlərlə birgə yerləşdirilməsinin təmin edilməsi;
• Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət;
• Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
• Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, işgüzar ingilis dili və rus dili biliyinə üstünlük verilir;
• Sığorta sahəsində 1 il iş təcrübəsi.
• Ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətlilik;
• Dəqiqlik;
• Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
• Komanda ilə işləmək bacarığı.

Son müraciət tarixi: 25 Fevral, 2019-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Digər xəbərlər