9 C
Baku
Thursday, December 12, 2024

Sığorta olunanlara aşağı faizli kreditlər veriləcək

Bakı Sığorta Şirkətinin Yasamal rayonu ərazisində  ilk filialı açıldı.   Bakı Sığorta Şirkətinin Marketinq və CRM Departamentinin İctimai Əlaqələr üzrə mütəxəssisi Cavid Neymətzadə Banker.az saytına bildirib  ki,“Hər zaman çalışırıq  müştərilərimizin ümidlərini doğruldaq. Əlbəttə ki, əgər müştəri sığorta müqaviləsində olan bütün  şərtlərə əməl edirsə, sığorta ödənişlərini etməkdən əsassız olaraq imtina etmirik”.

Bakı Sığorta Şirkətində yalnız könüllü sığorta növü mövcuddur. Yeni açılan filialda isə daha yeni sığorta növləri müştərilərə təklif  olunacaq.

Şirkət rəsmilərinin verdiyi məlumata görə, Bakı Sığorta Şirkətinin sığorta  portfelinin əsas hissəsini  könüllü avtomobil sığorta məhsulu təşkil edir . Bu yaxınlarda isə müştərilərilərə  mənzil sığortası ilə bağlı yeni bir layihə təqdim olunacaq. Qeyd olunur ki, bu yeni mənzil sığortası ölkə bazarında ilk dəfə olaraq müştərilərə təqdim olunacaq.

DSC_0852 - Copy

Şirkət rəsmilərinin verdiyi daha bir məlumatda bildirilir ki, bundan əlavə müştərilərə  hissə-hissə ödənilən sığorta məhsulları da təklif olunacaq. Məsələn, müştərilərə kasko sığortası iki şərtlə təklif edilir. Birinci şərt odur ki, əgər müştəri kasko sığortasını Turbo kartla əldə edirsə, bu zaman ona kredit xətti ayrılır. Yəni, müştəri öz avtomobilini sığortalayır və onun sığorta haqqının 5000 manatadək, yəni sığorta haqqının 3 misli qədər ona kredit xətti ayrılır. Əgər sığorta məbləği 300 manatdırsa, bu  zaman müştəriyə 1000 manat məbləğində pul ayrılır. Bu sığorta haqqı isə bizim partnyor bank tərəfindən Turbo kart kredit xətti ilə ayrılır. Həmin bu məbləğdən 300 azn sığorta haqqı üçün çıxılır, yerdə qalan 700 azn isə müştəriyə təqdim olunur. Bu məbləği də müştəri istədiyi müddət ərzində xərcləyə bilər. Həmin məbləği isə müştəri il ərzində qaytarmalıdır. Əgər 45 gün ərzində qaytararsa bu zaman bu kredit faizsiz olaraq müştəriyə təklif olunur. Lakin il ərzində geri qaytardıqda isə bu kredit 9,69 %-lə müştərilərə təklif olnur. Bu faiz dərəcəsi isə çox aşağıdır.

İkinci şərt odur ki, bəzən müştəri kredit götürmək istəmir, bu zaman o sığorta ödənişini 12 ay ərzində hissə-hissə ödəyir. Məsələn, illik sığorta ödənişi əgər 300 manatdırsa, müştəri bu məbləği hər ay 25 azn ödəməklə onlayn, post terminal və ya nəğd şəkildə həyata keçirir.

Bundan əlavə Bakı Sığorta Şirkətinin sığortaçıları onlara təklif olunan  müəyyən təkliflərdən da  yararlana bilərlər. Məsələn, avtomobil qəzası baş verdikdə biz müştəri evakuatorla da təmin oluna bilər, onlara Dövlət Yol Polisindən sənədlərin yığılmasında köməklik, ödənişsiz hüquqi məsləhət xidməti də göstərilir. Ən əsası isə budur ki, həmin sığortaçıya qəzadan sonra onun avtomobili təmir olunarkən ona əvəzedici bir avtomobil də təklif olunur. Əvəzedici avtomobilin verilməsi müddəti isə  müştəridən asılı olaraq dəyişir. Yəni, bu müddət fərdi müştərilər üçün 14 gündür.  Korporativ müştərilər üçün isə bu müddət avtomobilin tam təmir müddəti bitənədək davam edir.

Son xəbərlər
Digər xəbərlər