Kənd təsərrüfatının sığortalanması ilə bağlı təkliflər paketi yaxın bir ayda hökumətə təqdim olunacaq”.
Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
O bildirib ki, hazırda təkliflərin hazırlanması ilə bağlı iş aparılır:
“Bilirsiniz ki, prezident kənd təsərrüfatının sığortalanması ilə bağlı müvafiq tapşırıq verib. Biz, Maliyyə Nazirliyi ilə birgə bu sığorta sisteminin təşkili və təkminləşdirilməsi barədə təkliflərimizi hazırlayırıq. Bu təkliflər artıq yekunlaşmaq ərəfəsindədir. Təxminən bir ay və ya 20 gün ərzində hazırlanıb hökumətə təqdim olunacaq”.
ANSPRESS