3 C
Baku
Sunday, February 25, 2024

Sığorta şirkətləri avqust ayında AVSMMİS üzrə sığorta ödənişlərini artırıblar

İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2016-cı ilin avqust ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta ödənişlərini 2015-cı ilin avqust ayı ilə müqayisədə 33% – 2 mln. 493,616 manatadək arıtırblar. Bu barədə İSB-dən məlumat verilib.

“Avqust ayı ərzində 1,986 min sığorta tələbi qeydiyyata alınıb”, – deyə məlumatda bildirilir.

Ötən ay nəqliyyat vasitəsinə dəyən zərər üzrə 2 mln. 292,146 min manat (1,876 min sığorta tələbi), əmlaka dəyənə zərər üzrə 48,47 min manat (38 tələb), sağlamlığa dəyən zərər üzrə 63 min manat (54 tələb), yol-nəqliyyat hadisəsi nəticəsində şəxsin ölümü ilə əlaqədar 90 min manat (18 tələb) ödəniş həyata keçirilib.

İyul ayında AVSMMİS üzrə sığorta ödənişinin orta həcmi 1,222 min manat təşkil edib.

İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər