10 C
Baku
Wednesday, December 11, 2024

Sığorta şirkəti nizamnamə kapitalını 1,6 mln. manat artırır

“Standard Insurance” Sığorta Şirkəti ASC nizamnamə kapitalının 1,6 mln. manat artırır.

Bu barədə qərar səhmdarların ümumi yığıncağında qəbul olunub.

Belə ki, şirkət nominal dəyəri 100 manat olan 16 min ədəd adi adlı sənədsiz səhm emissiyasını həyata keçirəcək. Əlavə buraxılmış səhmlər digər şəxslər arasında qapalı şəkildə yerləşdiriləcək.

Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 11 mln. manatdır. 

©Finans.az

Son xəbərlər
Digər xəbərlər