Cari ilin fevralında “Meqa Sığorta” ASC-nin rəhbərliyindən ayrılan Mətləb Vəliyev Zaman oğlunun təmsilçiliyi ilə yeni maliyyə şirkəti təsis edilib.
Bu barədə Banker.az saytının əldə etdiyi məlumatda deyilir.
Bu “MPay” Qapalı Səhmdar Cəmiyyətidir. Şirktəin nizamnamə kapitalı 2000 manat təşkil edəcək.
“MPay” isə dövlət qeydiyyatına Bakı şəhəri Xətai rayonu, Gəncə pr. ev.51 m.41. ünvanında dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, M.Vəliyev 2019-cu ilin III rübündən etibarən “Meqa Sığorta”nın Direktorlar Şurası üzvi kimi çalışırdı və fevraldan bu üzvlüyü tərk eləmişdi.