15 C
Baku
Saturday, April 20, 2024

Sığorta Şirkətləri arasında niyə rəqabət azdır

Televizora baxdıqda və yaxud radio dinlədiyimiz zaman hər zaman bizə bir şey mane olur, təbii ki, reklamlar. İzlədiyimiz bir film zamanı 5, 6 dəfə reklam fasiləsi olur. Bəziləri  bu reklamları faydalı, bəziləri isə heç bir əhəmiyyətinin olmadığını söyləyir. Hələ el arasında belə bir deyim də var ki,” Yaxşı şey olsa reklam etməzlər”.  Bu səbəbdən də hər kəsin reklam haqqında düşüncələri fərqlidir.

Lakin günümüzdə reklama ehtiyacı olan sahələrdən biri də sığorta şirkətlərinin reklamlarıdır. Məlumdur ki, hazırda insanların sığorta haqqında düşüncələri heç də pozitiv deyil. Çox insanlar sığorta şirkətlərinə etibar etmirlər.  Həmin şirkətlərin  işlərinin yalnız insanları soymaq olduğunu düşünürlər.  Əhali neyləsin axı, günümüzdə o qədər fırıldaqçılıqla qarşılaşır ki, artıq heç kimə etibar etmir. Elə bəzi sığorta şirkətlərinə etibar etməmələri daha düzgün olar.

Lakin  bir nüansı da qaçırmayaq ki, dürüst yol ilə aparılan sığorta əməliyyatından həm əhali, həm də dövlət xeyr götürə bilər.

Lakin bu dəfə sizə sığorta şirkətlərinin dürüst işləyib–işləməməsindən deyil, onların məhsullarının əhaliyə hansı tipdə çatdırılması haqqında məlumat verəcəyik. Çox təəssüf ki, hazırda sığorta bazarında rəqabətə girəcək qədər güclü reklamları görmürük.  Sığorta şirkətlərinin reklam bazarı  demək olar ki, çökmüş vəziyyətdədir.

Sığorta şirkətləri də etibarlılıqlarını sübut etmək üçün heç bir yola əl atmırlar. Bu səbəbdən də əhalinin çox hissəsi sığorta şirkətlərinə etibar etmirlər və bəlkədə etibar etməməkdə haqlıdırlar.

Təbii ki, ölkəmizdə mövcüd olmayan hər şey xaricdə artıq çoxdan inkişaf etmiş olur.  Ölkəmizin sığorta şirkətlərindən fərqli olaraq xaricdə sığorta ilə bağlı reklam çarxlarının çəkilməsi üçün kifayət qədər vəsaitlər ayrılır.  Bir çox reklam çarxlarında hətta məşhur simaları belə görmək mümkündür.  Bizim sığorta şirkətlərimiz isə hələ əhalidən daha çox pul qoparmağın yollarını axtarırlar. Lakin bəzi sığorta şirkətləri pul qazanmaq üçün ən birinci etibarı qazanmalı olduqlarını bilmirlər.

Sığorta Şirkətlərinin adına klik edərək, reklam çarxını izləyə bilərsiniz. Təqdim olunan sığorta şirkətləri haqqında reklam çarxlarının bir neçəsinin yeni olmasına baxmayaraq, bir çox sığorta şirkətlərinin reklamları çox köhnə və olduqca sadədir. Buyurun baxın və özünüz qiymət verin.

Hazırda sizə ölkəmizin sığorta şirkətləri arasında ən uğurlu reklamlarını təqdim edirik.

Bir müddət öncə əhalinin marağına səbəb olan sığorta reklamlarından biri də  Azərbaycanda sığorta şirkətinin hazırladığı reklam çarxı oldu. Bəzilərində reklamın maraq doğurmasına baxmayaraq bir çox şəsxlər isə şiddətin çox olmasına görə bir qədər də uğurlu reklam olduğunu düşünmürlər.

AzSığortanın və digər sığorta şirkətlərinin hazırladığı reklam çarxlarını təqdim edirik.

Alfa sığorta

Paşa Sığorta

A – Qroup Sığorta

Bakı Sığorta

Buta Sığorta

AXA Mbask

Atəşgah Sığorta

Başak İnam Sığorta

Qarant Sığorta

Ata sığorta

Xalq Sığorta

Son xəbərlər
Digər xəbərlər