16 C
Baku
Monday, April 29, 2024

“Sığorta şirkətlərinin kapitallaşmasının aşağı olması sektorun inkişafını məhdudlaşdırır”

Sığorta bazarının kapitallaşması hələ də çox azdır və beləliklə, sığorta şirkətlərinin risk qəbuletmə imkanlarını məhdudlaşdıran amildir.

Bu barədə “Sığorta mübahisələrinin uğurlu həlli yolları” adlı konfransda çıxışı zamanı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

O bildirib ki, hazırda ölkə üzrə bütün sığortaçıların nizamnamə kapitalının məcmu məbləği təxminən 310 milyon manat civarındadır. Bu məbləğ, orta səviyyəli bir Avropa sığortaçısının kapitalı ilə müqayisədə kifayət qədər aşağıdır.

Zahid Oruc əlavə edib ki, kapitallaşma ilə yanaşı, sığorta ehtiyatlarının yaradılması və öz resurslarını sərbəst investisiyaya yönəltməsi vacibdir:”Sığorta ehtiyatları ölkə iqtisadiyyatı üçün mühüm kredit resursu rolunu oynaya bilər. Lakin bu sahədə şirkətlər məhdud çərçivədə davranır. Əksər sığortaçılar bağlı olduqları banklara maliyyə resurslarını yerləşdirirlər. Bununla bağlı “Beynəlxalq sığorta”, “Standart sığorta” kimi şirkətlərin acı təcrübəsi var. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı”ndakı məlum hadisələr, “Standart” Bankın bağlanması onlara bağlı olan, resurslarını idarə edən sığorta şirkətləri üçün də ciddi risklər yaratdı”.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər