2020-ci ilin fevral ayında Azərbaycanda toplanılmış 160 milyon 445 min manat sığorta haqqının 125 milyon 441 min manatı və yaxud 78.2%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Sığorta” (65 814 min manat), “PAŞA Həyat Sığorta” (35 540 min manat) ASC-lər, “Qala Sığorta” Şirkəti (10 409 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (7 503 min manat) və “İpək Yolu Sığorta” (6 175 min manat) ASC-lərdir.
Fevral ayında ən az yığım edən şirkətlər isə “Bakı Sığorta” (363 min manat), “Naxçıvansığorta” (295 min manat), “Aqrar Sığorta” (19 min manat) sığorta şirkətləridir.