25 C
Baku
Saturday, April 27, 2024

Sığortadan pul qoparmaq üçün edilən ən ağlasığmaz hərəkətlər

Yıxılmaq üzrə mütəxəssis

72 yaşlı İzabel Parkeri sözün əsl mənasında yıxılmaq üzrə mütəxəssis adlandırmaq olar. 1993-cü ildən 2000-ci ildə qədər, 7 il ərzində bu qadın 49 dəfə “təsadüfən yıxılaraq” zədələnmiş və dəyən zərərin əvəzində sığorta şirkətindən 500 000 dollar ala bilmişdi. Daha sonradan isə tədqiqat aparılmış və onun bu “təsadüfən yıxılmalarının” heç də təsadüfən baş vermədiyi aydınlaşmışdı. Nəticədə də, İzabel Parker həbs edildi və o özünün 29 maddə əsasında günahkar olduğunu etiraf etmişdi.
Nəticə: 4 aylıq ev həbs cəzası.

Ofisiant, supumda siçan var!

Supda milçək – bu artıq köhnə üsuldur. Karla Patterson öz boşqabına siçan ölüsü ataraq yarım milyon dollar qazanmağa cəhd edib. Bu qadın restorana gələrək sifariş verir. Sifarişi gəldikdən bir neçə dəqiqə sonra qadın ofisiantı çağıraraq boşqabındakı tərəvəz supunda siçanın üzdüyünü göstərir. Karla Patterson bununla restorandan mənəvi ziyana görə kompensasiya tələb edir.

Hadisə ilə bağlı tədqiqat aparıldıqdan sonra aydın olur ki, siçan özü yeməyə düşə bilməzdi və araşdırma sübut etmişdi ki, siçan boşqaba düşdükdə artıq ölü olub. Bəli, Karla bu dəfə restoran işçilərini aldada bilmədi.
Nəticə: 12 aylıq həbs cəzası (qadın hələ də özünün günahsız olduğunu iddia edir).

Yalan – fayda vermir!

Delaver ştatının sakinlərindən biri öz evini və idman avtomobilini yandıraraq sığorta şirkətindən külli miqdarda kompensasiya almağa ümid edirdi. Təəssüflər… Heyf o maşından və evdən.

 “Zərər çəkmiş” şəxsin sözlərinə görə yanğın odun sobasında yemək hazırlayarkən baş verib. Bir neçə saniyə ərzində yanğın sobanın yanında, içərisi kömürlə dolu vedrəni də yandırıb. Nikolas di Puma özünü itirməyərək vedrəni götürmüş və pəncərədən çölə atmışdır. Və Aman Allah, bədbəxtlikdən vedrə birbaşa idman avtomobilinin oturacağının üstünə düşür və maşın alovlanır. Nəticədə də guya təsadüfdən bütün ev və idman avtomobili yanaraq külə dönür. Görünür cənab Nikolas hər şeyi ətraflı düşünüb.
Nəticə: Nikolas Di Puma özünü fırıldaqçılıqda təqsirkar bilib və məhkəmənin qərarı ilə ona 5 il həbs cəzası verilmişdi.

Daha bir anormal yanğın ustadı

Mark Tompsonun birjadakı işləri pisləşmişdi və boğaza qədər borcun içində idi. O problemin həlli üsulları barədə çox düşündü və bir çıxış yolu tapdı – öz evini yandırmaq.  Baş vermiş yanğın bədbəxt hadisə kimi qiymətləndirilmişdi və o kompensasiya olaraq 730 000 dollar əldə etmişdi. Lakin Tompson tək bununla kifayətlənməmişdi və o yanğına bədbəxt hadisə donu geyindirmək məqsədilə 90 yaşlı anasını da qətlə yetirməyi gözə almışdı. Tompson yaşlı qadını zirzəmiyə aparmış, ətrafa yanacaq maddəsi tökərək kibriti yandırmışdı.
Tompsonun anası Avqust Karmenin tüstüdən zəhərlənərək ölməsi məgər onun üçün ən ideal alibi deyildimi. Xoşbəxtlikdən ədalət öz yerini bərpa etdi: federal agentlər hərtərəfli tədqiqat aparmış və bu zaman bunun bədbəxt hadisə deyil, məhz sui-qəsd olduğunu müəyyən etmişlər.

Nəticə: Artıq cənab Tompsona ev xərcləri barədə narahat olmağa dəyməz. Belə ki, ona bu cinayətinə görə 190 il həbs cəzası verilmişdi.

Hiyləgər vəkil

Şimali Karolinadan olan bir vəkil bir qutu bahalı siqar alır və onu mümkün ola biləcək bütün şeylərdən  – yanğın, daşqın, zərər və s. təhlükələrdən sığorta etdirir. Bir ay ərzində bu vəkil ard-arda bu siqarlardan çəkərək onların dadından və ətrindən həzz alır. Onun siqarları bitdikdə isə o sığorta şirkətinə müraciət edərək dəymiş ziyanın ödənilməsini tələb etdi. Çünki onun sığorta etdirdiyi siqarlar “kiçik yanğınlar” zamanı zərər görmüşlər. Bu zaman isə sığorta şirkəti ziyanı ödəməkdən imtina etmişdi və məsələ məhkəməyə qədər gedib çıxdı. Müqavilədə məhz hansı yanğın növünün göstərilməməsinə əsaslanan məhkəmə öz qərarını verdi: sığorta şirkəti müştəriyə dəymiş ziyan qarşılığında 15 000 dollar ödəməli idi.

Bununla yanaşı, vəkil də cəzasız qalmadı. Onu sığorta olunan əmlakın qəsdən yandırılması günahı sübut olundu. Bunun nəticəsində hiyləgər vəkil 24 aylıq həbs cəzası aldı və 24 000 dollar cərimə ödəməli idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər