6 C
Baku
Sunday, December 15, 2024

Sığortaolunanların və sığortalıların sığortaçıda uçotu yeni qaydada aparılacaq

Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması qaydası təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəyyən edilib ki, Müdafiə Nazirliyinin sığortaolunanlarına münasibətdə uçotun bu Qərarla təsdiq edilən Qaydaya uyğun olaraq təşkili 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

– Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin müraciətlərinə əsasən barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hər bir sığortaolunana tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu Qərarın qüvvəyə mindiyi tarixdən 1 (bir) ay müddətində unikal kodun verilməsini təmin etsin;

 

Müdafiə Nazirliyi:

-dövlət icbari şəxsi sığorta haqqının 2023-cü il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək ümumi say tərkibinə uyğun olaraq ödənilməsini təmin etsin;

-barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlarına unikal kodun verilməsi üçün ən geci 2024-cü il iyunun 1-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsin.

Son xəbərlər
Digər xəbərlər