19 noyabr 2021-ci il tarixində “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Banker.az-a BFB-dan verilən məlumata görə, 10 000 ədəd olan bu istiqrazların hər birinin qiyməti 1,000 ABŞ dolları olacaq.
ABŞ dollarında olan bu istiqrazların hər birinin illik ödəniş faizi 5% olmaqla tədavül müddəti 3 ildir.
Qeyd edək ki, “Silk Vey Vest Aviaşirkəti” MMC-nin 15 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin ümumi dəyəri 10,000,000.00 (on milyon) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.