19 C
Baku
Friday, May 3, 2024

“Silk Vey Vest Aviaşirkəti”nin işçilərinin sayı açıqlandı

“Silk Vey Vest Aviaşirkəti” MMC-nin 31 dekabr 2022-ci il tarixinə işçilərinin sayı 1083 nəfər olub.

Banker.az bu barədə MMC-nin illik hesabatına istinadən xəbər verir.

Əvvəlki ilin eyni dövründə isə “Silk Vey Vest Aviaşirkəti”ndə işçilərin sayı 1055 nəfər təşkil edib ki, bu da illik müqayisədə 28 nəfərin artması deməkdir.

“Silk Vey Vest Aviaşirkəti”ndə 2022-ci ilin iyun ayında 1075 nəfər, sentyabr ayında 1087 nəfər çalışıb.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər