BANKER.AZ — Ötən ilin son ayında «Silk Vey Holdinq» MMC-yə daxil olan «Silk Vey East Aviaşirkəti» MMC təsisçilərinin ümumi yığıncağının qərarına əsasən nizamnamə kapitalını azaldığını elan etmişdi.
Banker.az aviaşirkətin nizamnamə kapitalının nə qədər azaldığını öyrənib.
Məlumata görə, «Silk Vey East Aviaşirkəti» MMC nizamnamə kapitalının 99.8 faizini geri çəkməklə, kapitalını 100 manata salıb.
Şirkət 2016-cı ildə yaradılıb və Binə qəsəbəsindəki Heydər Əliyev Beynəlxalq Aeroportu, ev 599, Karqo Terminal-2 -də dövlət qeydiyyatındadır. Şirkətə Zaur Axondov direktorluq edir.