8 C
Baku
Friday, March 29, 2024

“Silk Way Holding”in nizamnamə kapitalı da kəskin azaldılıb

“Silk Way Holding” MMC-nin (SW Group) nizamnamə kapitalının böyük hissəsi geri çəkilməklə kiçildilib.

Banker.az xəbər verir ki, “Silk Way Holding”in nizamnamə kapitalı 39.63 milyon manat azaldılmaqla 6.47 milyon manata qədər azaldılıb.

Bu isə 86% azaldılma deməkdir.

Qeyd edək ki, aviaşirşirkətin nizamnamə kapitalı rəsmi olaraq 2021-ci ilin iyun ayına qədər 46.10 milyon manat təşkil edirdi.

Aviaşirkət 14 iyul 2006-cı ildə yaradılmışdır. Şirkətdən bildirilir ki, “SW Group”un tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən 3 şirkət daxildir. Bunlar, “Silk Vey Vest Aviaşirkəti”, “Silk Way Aviaşirkəti” və “Silk Way Technics”dir.

Müəssisələrdə 1400 nəfərə yaxın yüksək ixtisaslı mütəxəssislər məşğuldur.

Həmçinin bu gün yayımlanan elana əsasən holdinqə daxil olan  “Silk Vey East Aviaşirkəti” MMC və “Silk Vey İnvestment ” MMC şirkətləri ləğv edilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər